Ronaldu "Yuventus"da 61 il əvvəlki rekordu təkrarlayıb

Sayta qoyulub: 09:05 02.12.2018 (155 dəfə oxunub)

"Yuventus" futbol komandasının portuqaliyalı hücumçusu Kriştian Ronaldu İtaliyanın A seriyasının 14-cu turunda "Fiorentino" ilə matçda Turin klubunun 61 il əvvəlki rekordunu təkrarlayıb.

Portuqaliyalı hücumçu bu matçda İtaliya çempionatında 10-cu qolunu vurub. Bununla da o, 61 il ərzində 14 oyunda 10 dəfə fərqlənən oyunçu kimi seçilib. Buna qədər eyni nəticəni 1957/58 mövsümündə Con Çarlzgöstərib.

Ronaldu bu ilin yayında Madridin "Real" klubundan "Yuventus"a transfer edilib. "Yuventus" bunun üçün qarşı tərəfə 117 milyon avro ödəyib.

Daha əvvəl hücumçunun qolu "Yuventus"a A seriyasında ardıcıl 5-ci qələbəni qazanmağa kömək edib. 

 

 

 

 

report

XƏBƏR LENTİ