"Sumqayıt" "Səbail"ə, "Neftçi" "Sabah"a qalib gəldi

Sayta qoyulub: 20:40 01.12.2018 (87 dəfə oxunub)

"Sumqayıt" "Səbail"ə, "Neftçi" "Sabah"a qalib gəldi

Bu gün Topaz Premyer Liqasında 13-cü tura start verilib. İlk oyun günündə 2 qarşılaşma keçirilib. Çempionatın debütantı "Sabah” öz meydanında lider “Neftçi”ni qəbul edib və 1:2 hesabı ilə uduzub. "Sumqayıt" isə bu mövsüm ilk dəfə ev oyununu "Kapital Bank Arena"da keçirib. "Gənclik şəhəri" təmsilçisi “Səbail”i evdə 1:0 hesabı ilə məğlub edib.

 

Topaz Premyer Liqası

13-cü  tur

1 dekabr (şənbə )

 

16:30 “Sabah” – “Neftçi” - 1:2
Qollar: 
Marko Deviç, 76 (pen.) - Anton Krivotsyuk, 21, Mirabdulla Abbasov, 39
Qırmızı vərəqələr: Vanderson Silva ("Sabah"), 70 - Tural Axundov, 33 ("Neftçi"), Baqali Dabo, 83 ("Neftçi")
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Cavanşir Yusifov, Ramil Əhmədov
Hakim-inspektor: Murad Məmmədov
AFFA nümayəndəsi: Seymur Səlimli 
“Əlincə Arena”
 
19:00 “Sumqayıt” – “Səbail” - 1:0
Qol: 
Atilla Yıldırım, 60
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Fizuli Nəcəfov
AFFA nümayəndəsi: Eldar Qasımov 
“Kapital Bank Arena”

XƏBƏR LENTİ