David Vilya İnyesta ilə eyni komandada – özü təsdiqlədi

Sayta qoyulub: 17:06 01.12.2018 (101 dəfə oxunub)

ABŞ-ın “Nyu-York Siti” klubunun hücumçusu David Vilya karyerasını Yaponiyada davam etdirəcək.


Bu barədə 36 yaşlı futbolçu şəxsi “Twitter” səhifəsində məlumat verib. Bununla da o, “Vissel Kobe” klubuna keçəcəyi ilə bağlı yayılan xəbərləri təsdiqləyib.

 

Qeyd edək ki, MLS-də 4 mövsüm keçirən Vilyanın transfer olacağı “Vissel Kobe” klubunda hazırda “Barselona”dan sabiq komanda yoldaşı Andres İnyesta və almaniyalı hücumçu Lukas Podolski çıxış edir.

 

David Vilya İnyesta ilə eyni komandada – özü təsdiqlədi

 

 

 

qol.az

XƏBƏR LENTİ