Nəbiyev fərqləndi, "Slaviya" 4 qolla qalib gəldi

Sayta qoyulub: 12:49 01.12.2018 (89 dəfə oxunub)

Nəbiyev fərqləndi, "Slaviya" 4 qolla qalib gəldi

Çexiya gənclər liqasında 17-ci turun oyunları keçirilir. U-21 millimizin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” evdə “Yabolonets”ə 4:2 hesabı ilə qalib gəlib. Nəbiyev start heyətdə oyuna başlayıb və 90-cə dəqiqədə əvəzlənib. Nəbiyev 26-cı dəqiqədə komandasının ilk qoluna imza atıb. Bu, onun cari mövsüm rəqib qapılarından keçirdiyi 11-ci top olub.

“Slaviya”nın U-21 komandası 20 xalla 10-cu pillədə qərarlaşıb.

XƏBƏR LENTİ