"Kəpəz" ciddi dəyişikliklər astanasında: Müşahidə Şurası ləğv olunur!

Sayta qoyulub: 11:21 01.12.2018 (100 dəfə oxunub)

"Kəpəz" ciddi dəyişikliklər astanasında: Müşahidə Şurası ləğv olunur!
 

Gəncənin "Kəpəz" klubu ciddi dəyişikliklər astanasındadır.  Birinci divizion təmsilçisində idarəetmə sistemi dəyişəcək və Müşahidə Şurası ləğv olunacaq.  Şura ilə yanaşı, icraçı direktor postu da fəaliyyətini dayandıracaq. Əvəzində yenidən prezident postu bərpa olunacaq və idarəetmə prezident təyin olunacaq şəxsə tapşırılacaq.  "Sarı-göylər"in rəhbəri olacaq şəxsin adı isə hələlik bəlli deyil.  Qeyd edək ki, "Kəpəz"in Müşahidə Şurasının sədri, Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin oğlu və klubun icraçı direktoru Elnur Camalxanov bugünlərdə iistefa verib.  Onlar istefanın səbəbini işlərinin çoxluğu ilə əlaqələndiriblər.  

XƏBƏR LENTİ