Unay Emeri: “Qarabağ”la oyunda gənclərə şans verəcəm”

Sayta qoyulub: 20:35 30.11.2018 (87 dəfə oxunub)

 

Unay Emeri: “Qarabağ”la oyunda gənclərə şans verəcəm”

Avroliqanın növbəti turunda “Arsenal” səfərdə “Vorskla”nı 3:0 hesabı ilə məğlub edib. Oyunun ardından keçirilən mətbuat konfransında London təmsilçisinin baş məşqçisi Unay Emeri növbəti turda “Qarabağ”a qarşı keçiriləcək oyun barəsində də danışıb:

“Bu gün yaxşı oynadıq. 18 yaşlı Smit Rou və 19 yaşlı Co Uillokun oyunlarından razıyam. Hər iki futbolçu da gəncdir, gələcəkləri qabaqdadır. Qrup mərhələsini lider başa vurma istəyirtik. “Qarabağ”la evdəki oyunda yenə gənclərə şans verəcəm”.

Qeyd edək ki, “Arsenal” – “Qarabağ” matçı dekabrın 13-də Londonda keçiriləcək.

XƏBƏR LENTİ