"Səbail"in qış hazırlıq planı müəyyənləşdi

Sayta qoyulub: 19:45 30.11.2018 (62 dəfə oxunub)

"Səbail"in qış hazırlıq planı müəyyənləşdi

"Səbail"in qış hazırlıq planı müəyyənləşib. Paytaxt təmsilçisi təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yollanacaqlar. Lara bölgəsindəki “Miracle Resort Hotel”də məskunlaşacaq “Səbail”in hazırlıq prosesi gələn il yanvarın 12-dən 25-dək nəzərdə tutulub. Komanda bu müddətdə 4 yoxlama oyunu keçirəcək. Matçların tarixi və rəqiblər hələ dəqiqləşməyib. Azərbaycan klubları 19-20 dekabrda ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunlarından sonra istirahətə çıxacaqlar.

XƏBƏR LENTİ