Birinci divizion: 12-ci tur başa çatıb

Sayta qoyulub: 19:44 30.11.2018 (65 dəfə oxunub)

Azərbaycan birinci divizionunda 12-ci turun oyunları keçirilib. Lider MOİK səfərdə "Zaqatala" ilə qolsuz heç-heçə edib.  "Sumqayıt-2" səfərdə "Turan Tovuz"u, “Şüvəlan” isə “Zirə-2”ni üstələyib.  “Kəpəz” evdə “Səbail-2”dən güclü olub.

30 noyabr

"Zaqatala” – MOİK - 0:0

"Kəpəz” – "Səbail-2” - 1:0
Qol
: Ziyabil Məmmədov, 16

"Turan Tovuz” – "Sumqayıt-2” - 0:2
Qollar
: Baxşəli Baxşəliyev, 25. Tural Bayramlı, 90+2

 

"Zirə-2” - "Şüvəlan” - 1:2
Qollar:
 Tapdıq Əhmədov, 45+2 (p.) - Əzəmət Ələkbərli, 30. Rəhman Musayev, 71

XƏBƏR LENTİ