"TOPAZ": "RUBİN" YOXSA "DİNAMO"? KAZANDA KİMİN QƏLƏBƏ HƏSRƏTİ BİTƏCƏK?

Sayta qoyulub: 08:41 30.11.2018 (105 dəfə oxunub)


Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz" növbəti həftəsonu proqramına 107 oyunla başlayır. Noyabrın son günü üçün açıqlanan oyun proqramında 107 qarşılaşmadan 50-sinə proqnozsevərlər canlı mərc edə bilər. 9 matça isə həm canlı, həm də "təkli" mərc mümkündür. Günün ilk "təkli" oyunu saat 20:30-da başlayacaq.  Rusiya premyer liqasında 2-ci dövrənin ilk oyunu olacaq bu matçda "Rubin"lə  Moskva "Dinamo"su üz-üzə gələcək. Həm 9-cu sırada qərarlaşan "Rubin", həm də 12-ci pillədəki "Dinamo" son vaxtlar eyni aqibəti yaşayır. Kazan təmsilçisi çempionatda ardıcıl 5, moskvalılar isə 4 oyundur qələbə qazana bilmir. "Rubin"in sonuncu qələbəsi oktyabrın 25-də kubok matçında elə "Dinamo Moskva" üzərində olub.  Tatarıstan klubu "dinamoçular" üçün arzuolunmaz rəqiblərdən hesab olunur. Bunu statistikadan da görmək olar. Tərəflər arasındakı 33 dueldən yalnız 3-də  "Dinamo" qələbə qazanıb, 17 dəfə isə məğlub olub.  Paytaxt klubunun Kazan səfərində qazandığı sonuncu qələbənin üstündən isə artıq 12 il ötür. Bu cür maraqlı statistik faktlarla bol olan qarşılaşmaya "Topaz"da həm canlı, həm də "təkli" mərc etmək olar. Əmsallar: "Rubin"in qələbəsi 2.00, heç-heçə 2.80, "Dinamo"nun qələbəsi 3.95. 

Türkiyə superliqasında günün hər iki oyunu saat 21-də başlayacaq. Həm "Konyaspor"-"Alanyaspor", həm də "Rizəspor"-"Ankaragücü" matçına  "Topaz"da "təkli oyun" statusu verilib. Hər iki görüşün statistikasına baxanda bu komandalar arasında son oyunların qol sarıdan məhsuldar keçdiyi diqqət çəkir. Bu dəfəki duel üçün təklif olunan əmsallar da cəlbedicidir: "Rizəspor"un qələbəsi 1.95, heç-heçə 3.20, "Ankaragücü" nün qələbəsi 3.10. "Alt"ın əmsalı 1.80, "üst" isə 1.70-ə nisbətdə dəyərləndirilir. "Konyaspor"un qələbəsi 1.55, heç-heçə 3.40, "Alanyaspor"un qələbəsi 4.70. "Alt"la "üst"ün nisbəti:  müfvafiq olaraq 1.65\1.85.

Bu axşam "Topaz"da "təkli" və canlı mərc edə biləcəyiniz daha bir qarşılaşma Almaniya bundesliqasının "Fortuna"-"Mayns" görüşüdür. 18 komanda arasında  17-ci olan Düsseldorf təmsilçisi son 2 turda çoxlarını heyrətləndirib. Onlar əvvəlcə "Herta"nı 4:1 hesabı ilə darmadağın edib, son turda isə Münhendə "Bavariya"dan xal alıblar (3:3). Göründüyü kimi "Fortuna"nın iştirakıyla keçən son oyunlar məhsuldar alınıb. Maraqlıdır ki, həm "Fortuna", həm də "Mayns"ın budesliqanın son 5 turundakı bütün oyunları "üst" bitib. Bu komandaların yolu indiyədək cəmi 4 dəfə kəsişib. Bu görüşlərdən ikisi 2-ci bundesliqada oynadıqları dövrə təsadüf edib.  4 matçın heç birində düsseldorflular "Mayns"a qalib gələ bilməyib (3 heç-heçə, 1 məğlubiyyət).  "Topaz"ın tərəflərin bu dəfəki dueli üçün müəyyənləşdirdiyi əmsallar: "Fortuna"nın qələbəsi 2.35, heç-heçə 3.10, "Mayns"ın qələbəsi 2.50.

Bu və digər oyunlara "Topaz"da mərc etməklə qazanmaq imkanınız var. Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya www.etopaz.az saytı vasitəsilə edə bilərsiz.  









XƏBƏR LENTİ