Modriç IFFHS versiyası üzrə dünyanın ən yaxşı pleymeykeri hesab edilib

Sayta qoyulub: 08:22 30.11.2018 (97 dəfə oxunub)

İspaniyanın "Real"klubunun yarımmüdafiəçisi Luka ModriçBeynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) versiyası üzrə 2018-ci ilin ən yaxşı pleymeykeri seçilib.

Xorvatiyadan olan xavbek səsvermədə 272 xal toplayıb.

Siyahıda ikinci yeri "Barselona"nın argentinalı hücumçusu Lionel Messi (144 xal), üçüncü yeri "Çelsi"də çıxış edən belçikalı Eden Azar(114 xal) tutub.

Bildirilir ki, Lionel Messi IFFHS versiyası üzrə əvvəlki üç mövsümdə ən yaxşı pleymeyker seçilib.

Bundan əvvəl İspaniyanın “Onda Cero” radiosu "Qızıl topu" məhz “Real Madrid”in yarımmüdafiəçisi Luka Modriçin alacağını əminliklə bildirib.

 

 

 

 

 

 

 

 

 

 

 

"Report"

XƏBƏR LENTİ