Birinci divizion: 12-ci tur başladı

Sayta qoyulub: 20:06 29.11.2018 (68 dəfə oxunub)

Birinci divizion: 12-ci tur başladı

Azərbaycan birinci divizionunda 12-ci tura start verilib. İlk oyun günündə 3 qarşılaşma keçirilib.

Liderlər qrupunda qərarlaşan “Neftçi-2” “Keşlə”yə məğlub olub. “Qarabağ-2"  "Qaradağ Lökbatan"a uduzub.  “Sabah” isə “Ağsu”nun qapısından 4 cavabsız top keçirib.

 

 29 noyabr

“Qaradağ Lökbatan” – “Qarabağ-2” – 1:0
Qol: 
Bəhruz Teymurov, 31

 

“Keşlə-2” – “Neftçi-2” - 3:1
Qollar:
 Elmir Rəhimzadə, 21; Emin Quliyev, 63; Elmir Rəhimzadə, 72 - Hüseyn Hüseynzadə, 76

 

“Sabah-2” – “Ağsu” - 4:0
Qollar
: Tural Qürbətov, 30; Tural Nəsirov, 42, 51; Tolqar Yaqubov, 47

 

Qeyd edək ki, turnir cədvəlinə 28 xalla MOİK başçılıq edir. "Sumqayıt-2" 24 xalla 2-ci, "Neftçi-2" isə 23 xalla 3-cüdür.

XƏBƏR LENTİ