"Sportinq" "Qarabağ"ı darmadağın etdi

Sayta qoyulub: 20:05 29.11.2018 (117 dəfə oxunub)

"Sportinq" "Qarabağ"ı darmadağın etdi

Bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində 5-ci turun oyunları keçirilib. Turnirdəki təmsilçimiz “Qarabağ” Portuqaliyanın “Sportinq” klubunu qəbul edib və 1:6 hesabı ilə uduzub.

Hazırda aktivində 3 xalı olan Ağdam klubu qrupdan çıxmaq şanslarını itirib.

Qrupun digər oyununda Ukraynanın “Vorskla” klubu London “Arsenal”ına 0:3 hesabı ilə uduzub.

 

29 noyabr

Avropa Liqası

E qrupu

 

21:55. “Qarabağ” (Azərbaycan) – “Sportinq” (Portuqaliya) - 1:6
Qollar: 
Abdullah Zubir, 14 - Bas Dost, 5 (pen.), Brunu Fernandeş, 20, 75, Luiş Nani, 33, Andulaye Diabi, 65, 81
Hakimlər: Petr Ardeleanu, Petr Blazey, Tomas Mokruş, Yan Patak, Zbinek Proske, Emanuel Marek (hamısı Çexiya)
Bakı Olimpiya Stadionu.

XƏBƏR LENTİ