UEFA Rusiya klubunu ev oyunlarını "Lujniki" stadionunda keçirməkdən məhrum edə bilər

Sayta qoyulub: 14:29 29.11.2018 (96 dəfə oxunub)

UEFA Rusiya MOİK-inə qarşı intizam işi açıb.

Araşdırma Çempionlar Liqasının V turunda evdə Çexiyanın "Viktoriya" (Plzen) komandasına qarşı keçirilmiş oyunla bağlı aparılacaq.

Rusiya klubunun azarkeşləri sözügedən qarşılaşmada meydana yad əşyalar atıblar və icazəsiz giriblər. Bu məsələyə dekabrın 13-də baxılacaq.

Qeyd edək ki, MOİK "Viktoriya"ya 1:2 hesabı ilə məğlub olub. UEFA daha öncə klubu qrup mərhələsində "Roma" ilə hər iki matça görə cəzalandırıb və MOİK-ə bir illik sınaq müddəti təyin edib. Bu səbəbdən, Avropa futbol qurumu komandaya digər sanksiyalar tətbiq etməklə yanaşı, ev oyunlarını "Lujniki" stadionunda keçirməkdən məhrum edə bilər. 

 

 

 

"Report" 

XƏBƏR LENTİ