"Jalgiris"in bombardiri Azərbaycanda oynaya bilər

Sayta qoyulub: 13:57 29.11.2018 (143 dəfə oxunub)

"Jalgiris"in bombardiri Azərbaycanda oynaya bilər

"Jalqiris”in futbolçusu Liviu Antal Azərbaycanda oynaya bilər. Rumıniyanın “gsp.ro” saytının yaydığı xəbərə görə, 29 yaşlı hücumameylli yarımmüdafiəçi Qazaxıstan və Cənubi Koreya ilə yanaşı, ölkəmizdən də təklif alıb.20 qolla Litva çempionatında bombardir olan Antalın klubu ilə müqaviləsi başa çatır. Ancaq başqa ölkədə oynamaq istəyən futbolçu yeni sözləşmə imzalamaqdan imtina edib. Təcrübəli vingerin menecerinin Azərbaycan, Qazaxıstan və Cənubi Koreya klubları ilə danışıq apardığı iddia olunur. Qeyd edək ki, Antal “Jalqiris” heyətində bu mövsüm bütün turnirlərdə 31 qol vurub.

XƏBƏR LENTİ