"Sabah" da Antalyaya gedir

Sayta qoyulub: 13:45 29.11.2018 (73 dəfə oxunub)

"Sabah" da Antalyaya gedir
 

Premyer Liqanın debütantı "Sabah" klubunun qış hazırlıq planı müəyyənləşib. Paytaxt təmsilçisi yanvarın 2-də Bakıda bir araya gələcək və Türkiyənin Antalya bölgəsinə yollanacaq. Larada məskunlaşacaq komanda qonşu ölkədə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Paytaxt təmsilçisi yanvarın 23-də vətənə dönəcək. Komandanın yoxlama görüşündəki rəqiblərinin adlarına aydınlıq gəlməyib.   Azərbaycan klubları 19-20 dekabrda ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunlarından sonra istirahətə çıxacaqlar. Qış fasiləsi fevralın 2-də Premyer Liqada XV tura start verilməsi ilə başa çatacaq.

XƏBƏR LENTİ