"Neftçi” afrikalı müdafiəçi ilə müqavilə bağlayır

Sayta qoyulub: 13:32 29.11.2018 (173 dəfə oxunub)

"Neftçi” afrikalı müdafiəçi ilə müqavilə bağlayır

“Neftçi” baxışa dəvət etdiyi Mamadu Kane ilə bağlı qərarını verib. Klubun mətbuat xidmətindən verilən məlumata görə, qvineyalı futbolçu ilə müqavilə bağlanacaq. Məşqçilər korpusu oktyabr ayının ortalarından paytaxt təmsilçisinin düşərgəsində olan 21 yaşlı mərkəz müdafiəçisi haqda müsbət qərar verib. Gənc futbolçu bu gün tibbi baxışdan keçdikdən sonra rəsmi sözləşməyə imza atacaq. Onunla uzunmüddətli müqavilə bağlanacaq. Qeyd edək ki, Qvineyanın “Kaloum Star” klubundan gələn futbolçu bu ölkənin 20 yaşadək oyunçulardan ibarət milli komandasının formasını geyinib və dünya çempionatında iştirak edib.

XƏBƏR LENTİ