FİFA reytinqi: Millimizin mövqeyi dəyişmədi

Sayta qoyulub: 13:14 29.11.2018 (117 dəfə oxunub)

FİFA reytinqi: Millimizin mövqeyi dəyişmədi
 

FIFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb. Cədvəldə ötən ayla müqayisədə siyahıda bir sıra dəyişiklik baş verib. Buna hesabat dövründə keçirilən rəsmi və yoxlama oyunları səbəb olub. Azərbaycan millisi siyahıda mövqeyini qoruyub. Komanda 1206 xalla 107-ci pillədə qərarlaşıb. Qeyd edək ki, Millətlər Liqasında Farer adalarını 2:0 yenib, Kosovoda 0:4 hesabı ilə uduzan komandamız əmsalında 1 xal geri düşüb.

XƏBƏR LENTİ