Braim Dias və Real razılığa gəldilər

Sayta qoyulub: 13:12 29.11.2018 (140 dəfə oxunub)

Mançester Sitinin vingeri Braim Dias Reala keçməyə yaxındır.  The Sun qəzetinin verdiyi məlumata görə 19 yaşlı futbolçu bir neçə həftə idi ki, Madrid klubu ilə danışıq aparırdı. Artıq şəxsi müqavilənin razılığı əldə edilib.

 

Dias Mançester Sitini oyun praktikasının olmamasına görə tərk edir. Noyabrın əvvəlində kubok oyununda Dias Fulhemin qapısından hər iki topu keçirmişdi. Lakin o vaxtdan bəri Dias meydana çıxmayıb.

XƏBƏR LENTİ