Messi Ronaldunun Çempionlar Liqasındakı iki rekordunu əlindən alıb

Sayta qoyulub: 10:56 29.11.2018 (182 dəfə oxunub)

İspaniyanın “Barselona” komandasının futbolçusu Lionel Messi Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin V turunda Hollandiyada PSV-ni 2:1 hesabı ilə məğlub etdikləri matçda yeni rekordlara imza atıb.

31 yaşlı hücumçu 61-ci dəqiqədə hesabı açmaqla ÇL-in qrup mərhələsində ən çox qol vuran oyunçuya çevrilib. Qitənin ən nüfuzlu klub turnirində keçirdiyi 66-cı matçında 66-cı qolunu vuran Messi, bununla da İtaliya “Yuventus”unun portuqaliyalı forvardı Kriştianu Ronaldunu geridə qoyub.

Argentinalı ÇL-də bir klubun heyətində ən çox qol vuran futbolçu ünvanını da Ronaldudan alıb. Yarışda 106-cı qolunu vuran kapitan 105 qola malik portuqaliyalını geridə qoyub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Report

XƏBƏR LENTİ