"Azərreyl" Belçika klubuna məğlub oldu

Sayta qoyulub: 08:31 29.11.2018 (84 dəfə oxunub)

Qadın voleybolçulardan ibarət “Azərreyl” komandası Çelenc kubokunda mübarizəyə başlayıb. Təmsilçimiz avrokuboklara 1/16 final mərhələsindən start verib. Famil Ağayevin yetirmələri Belçika “Hermes”i ilə ilk görüşünü keçirib. Hər iki matçını Ostende şəhərində oynayacaq Azərbaycan çempionu ilk dueldə 0:3 (20:25, 22:25, 13:25) hesabı ilə uduzub. Qeyd edək ki, komandalar arasında cavab oyunu noyabrın 29-da keçiriləcək. Ostendədə baş tutacaq bu görüşdə “Azərreyl” nominal meydan sahibi olacaq.

XƏBƏR LENTİ