“Beşiktaş” Norveçə 9 itki ilə yollanır

Sayta qoyulub: 20:07 28.11.2018 (141 dəfə oxunub)

“Beşiktaş” Norveçə 9 itki ilə yollanır

“Beşiktaş”ın Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Sarpsborq"la oyun üçün heyəti müəyyənləşib.

İstanbul klubu Norveçə 19 futbolçu ilə yollanıb. Heyətdə 9 itki var. Pepe, Qari Medel, Rikardo Kuarejma zədə səbəbindən, Rayan Babel isə baş məşqçi Şenol Günəşlə münaqişə yaşadığı üçün səfərə aparılmayıb.

 

Qapıçılar: Tolqa Zəngin, Loris Karius, Utku Yuvakuran.

 

Müdafiəçilər: Adriano Korrea, Necip Uysal, Domaqoy Vida, Caner Erkin, Fatih Aksoy.

 

Yarımmüdafiəçilər: Dorukhan Toköz, Oğuzhan Özyakup, Adem Layiç, Ərdəm Seçgin, Jermeyn Lens.

 

Hücumçular: Mustafa Pektemek, Klayn Larin, Vaqner Lav, Erdoğan Kaya, Oğuzhan Akgün, Rıdvan Yılmaz.

XƏBƏR LENTİ