"Qəbələ"nin qış hazırlıq planı müəyyənləşdi

Sayta qoyulub: 12:31 28.11.2018 (68 dəfə oxunub)

 

 

"Qəbələ"nin qış hazırlıq planı müəyyənləşdi"Qəbələ"nin qış hazırlıq planı müəyyənləşib. "Qırmızı-qaralar" yanvarın 6-də çempionatın ikinci yarısının hazırlıqlarına başlayacaq.  "Qələlə" 6 gün ölkə daxilində hazırlıq keçəcək. Komandanın Qəbələdə və ya Bakıda hazırlaşması hava şəraitindən aslı olacaq. "Qırmızı-qaralar" yanvarın 12-də Türkiyəyə yollanacaq və Antalyadakı "Trendy Lara” otelində məskunlaşacaq. "Qəbələ" 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Yanvarın 16-sı, 20-si, 24-ü və 26-sında baş tutacaq qarşılaşmadakı rəqiblər hələ bəlli deyil. Qeyd edək ki, "Qəbələ" Topaz Premyer Liqasında turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 

XƏBƏR LENTİ