İrlandiyada sağ futbolçu üçün bir dəqiqəlik sükut elan edildi

Sayta qoyulub: 12:12 28.11.2018 (179 dəfə oxunub)

İrlandiyanın həvəskarlar liqasında ölü bilinən «Bellibrek» komandasının futbolçusu Fernando Nuno La Fuente üçün bir dəqiqəlik sükut elan ediblər.

 

Bundan başqa turun bütün oyunlarına futbolçular qollarına qara sarğı ilə çıxıblar. Buna səbəb klubun futbolçunun avtomobil qəzasında ölüm xəbərini yazması olub.

 

Sonradan La Fuentenin ailəsi ilə birlikdə İspaniyaya qayıtdığı və heç bir yol qəzasına düşmədiyi müəyyənləşib.

 

Bu barədə ilk məlumatı yayan klubun əməkdaşı isə işdən qovulub.

 

İrlandiyada sağ futbolçu üçün bir dəqiqəlik sükut elan edildi

XƏBƏR LENTİ