"Barselona" – Dieqo Simeonenin baş bəlası

Sayta qoyulub: 09:21 25.11.2018 (247 dəfə oxunub)

"Barselona" – Dieqo Simeonenin baş bəlası

 

«Atletiko» və «Barselona» elə də parlaq olmayan oyunu heç-heçə başa vurdular – 1:1.

 

• İlk hissə ümumiyyətlə çox darıxdırıcı oldu: Qapılara tərəf cəmi 3 zərbə və heç biri də dəqiq olmadı. Bu mövsüm ilk dəfə idi ki, La liqada belə bir oyun olurdu.

 

• «Atletiko» qolu 77-ci dəqiqədə ilk künc zərbəsindən sonra vurdu.

 

 

Dieqo Koştanın zərbəsi eyni zamanda oyun ərzində qapıya doğru endirilən ilk dəqiq zərbə idi. Bundan sonra oyanan Barselona ilk dəqiq zərbəni 4 dəqiqə sonra endirdi.

 

• Koşta Barselonaya qarşı 10-cu oyununda ilk dəfə fərqlənə bildi.

 

• Barsaya heç-heçəni Usman Dembele qazandırdı. Bu onun çempionatda 5-ci qolu idi. Fransız futbolçunun qolları Barselonaya 7 xal qanadırıb (Valyadolid və Real Sosyedadla qarşılaşmalarda qələbə və Atletikoyla oyunda heç-heçə. Bu göstəriciyə görə Dembele liqada ən faydalı futbolçudur.

 

 

• Serji Buskets Barselonada 500-cü oyun keçirən 7-ci futbolçu oldu. Önəd yalnız dahilərdir: Xavi (767), Andres İnyesta (674), Leo Messi (651), Каrles Puyol (593), Migeli (549) və Viktor Valdes (535).

 

 

• «Barselona» ardıcıl 5 oyundur ki, «Атletikо»ya uduzmur , 2016-cı il ÇL-nın  1/4 final mərhələsindən bəri, La liqada isə seriya 2010-cu ildən başlayıb. Dieqo Simeone baş məşqçi kimi La liqada hələlik Barselonanı məğlub edə bilməyib.

 

 

• «Barsa» son 3 oyunda qalib gələ bilməyib. Sentyabrda da belə bir hal baş vermişdi. İndidən fərqli olaraq o vaxt bütün oyunlar La liqaya aid idi.

XƏBƏR LENTİ