Avro-2020. Seçmə mərhələ üçün səbətlər məlum oldu. Azərbaycanın rəqiblərihansı ölkələr olmaya bilər

Sayta qoyulub: 08:28 21.11.2018 (358 dəfə oxunub)

Avro-2020. Seçmə mərhələ üçün səbətlər məlum oldu. Azərbaycanın rəqiblərihansı ölkələr olmaya bilər

 

 

Dekabrın 2-də İrlandiyanın paytaxtı Dublin şəhərində Avro-2020-nin seçmə mərhələsinin püşkü atılacaq. Seçmə mərhələdə Avropanın bütün 55 ölkəsi iştirak edəcək. Xatırladaq ki, turnirin final mərhələsi qitənin müxtəlif 12 şəhərində keçiriləcək.

 

Püşk zamanı komandalar 10 qrupa bölünəcək: А-Е qruplarında 5,  F-J qruplarında isə 6 komanda yer alacaq. Oyunlar 10 tur olmaqla gələn il martın 21-dən noyabrın sonuna qədər davam edəcək. Final turnirinə hər qrupdan 2 komanda olmaqla ümumilikdə 20 yığma vəsiqə əldə edəcək. Daha 4 vəsiqə isə Millətlər liqası vasitəsilə müəyyənləşdiriləcək.

 

Əvvəllər püşk zamanı səbətlər seçmə mərhələnin nəticələrinə görə müəyyənləşdirilirdi. İndi isə reytinq Millətlər liqası ilə nəticələrilə formalaşdırılıb. Bu gün UEFA 7 səbətin tərkibini rəsmən elan edəcək.

 

Millətlər liqası səbətinə "А" divizionunun 4 qalibi yollanacaq. Onlar  А-D qruplarında yer alacaqlar. Buna da səbəb həmin qrupun  oyunlarına gələn ilin iyun ayında pauza verməkdir. Məhz iyun ayında Millətlər liqasının qalibi müəyyənləşəcək.Qeyd edək ki, həmin mini-turnir Portuqaliyada baş tutacaq.

 

Azərbaycan millisi 5-ci səbətdə yer alıb. Milli komandamıza Makedoniya,Kosova, Belarus , Ermənistan, Lüksemburq, Moldova, Qazaxıstan, Farer və Cəbəllütariqin rəqib olmayacağı dəqiqdir.

 

Səbətlərin tam heyəti belədir:

ML səbəti (A divizionunda qrup qalibləri)

Portuqaliya, İsveçrə, Hollandiya, İngiltərə

1-ci səbət

Belçika, İspaniya, İtaliya, Fransa, Xorvatiya, Polşa

 

2-ci səbət

Almaniya, İslandiya, Bosniya, Ukrayna, Rusiya, İsveç, Danimarka, Avstriya, Ues, Çexiya

 

3-cü səbət

Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya, Serbiya, Finlandiya, Norveç, Şotlandiya, Bolqarıstan, İsrail

 

4-cü səbət

Albaniya, Macarıstan, Rumıniya, Yunanıstan, Makedoniya, Kipr, Monteneqro, Estoniya, Litva, Sloveniya, Gürcüstan

 

5-ci səbət

Kosovo, Ermənsitan, Azərbaycan, Lüksemburq, Qazaxıstan, Belarus, Makedoniya, Farer, Moldova, Cəbəllütariq

 

6-cı səbət

Latviya, Lixtenşteyn, Andorra, San Marino, Malta

 

 

XƏBƏR LENTİ