"Beşiktaş" Burakın keçidini 2 milyona həll edir?

Sayta qoyulub: 20:23 20.11.2018 (146 dəfə oxunub)

"Beşiktaş" Burakın keçidini 2 milyona həll edir?

“Trabzonspor”un heyətindən kənarlaşdırılan Burak Yılmaz Qaradəniz təmsilçisindən ayrıla bilər. “Beşiktaş”ın baş məşqçisi Şenol Günəş keçmiş futbolçusunu yenidən komandasında görmək istəyir. “Qara qartallar”ın rəhbərliyinin transfer məsələlərini özünün həll edəcəyini deyən 33 yaşlı futbolçuya illik 2 milyon avro təklif etdiyi, müqavilə pulu vermək istəmədiyi bildirilir. “Ağ-qaralar” türkiyəli hücumçudan gələcək cavabı gözləyirlər. Bu arada, Türkiyə millisinin üzvü üçün Dubaydan bir klubun da təklif göndərdiyi çıxan xəbərlər arasında yer almaqdadır. Burak Yılmaz “Bursaspor”la oyunda əvəzlənərkən baş məşqçi Ünal Karaman və azarkeşlərlə gərginlik yaşamışdı. Klub tərəfindən pul cəzası verilən futbolçunun üzr istəməsi gözlənilib. Lakin üzr istəməyən hücumçu heyətdən kənarlaşdırılıb. 2006-cı ildə “Antalyaspor”dan “Beşiktaş”a transfer olunan Burak, İstanbul təmsilçisinin heyətində keçirdiyi 49 rəsmi oyunda 7 qola imza atıb.

XƏBƏR LENTİ