U-21 Bosniyaya məğlub oldu

Sayta qoyulub: 08:28 20.11.2018 (83 dəfə oxunub)

 

 U-21 Bosniyaya məğlub oldu
U-21 Bosniyaya məğlub oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Bosniya və Herseqovinanın eyni yaş qrupundan olan komandası ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan millisinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Qeyd edək ki, Azərbaycan yığması bundan öncəki yoxlama matçında Ukraynaya 0:1 hesabı ilə uduzub. 

XƏBƏR LENTİ