UEFA prezidenti top-klubların Super Liqa təsis edəcəkləri ilə bağlı iddalara münasibət bildirib

Sayta qoyulub: 08:23 20.11.2018 (90 dəfə oxunub)

UEFA prezidenti Aleksandr Çeferin Avropanın aparıcı futbol klublarının Super Liqa yaratmaq istədikləri ilə bağlı iddalara münasibət bildirib.

Qitə futbol qurumunun rəhbəri BBC-yə açıqlamasında bunun baş verməyəcəyini bəyan edib. Sloveniyalı funksionerin sözlərinə görə, bu yöndə çıxan xəbərlər həqiqəti əks etdirmir: “Bütün bunlar uydurmadır. Etiraf edirəm, bizim də bəzi ideyalarımız var. Amma zəmanət verə bilərəm ki, Super Liqadan söhbət gedə bilməz. Biz bütün klublara avrokuboklarda iştirak etmək imkanı vermək istəyirik”.

Qeyd edək ki, bir müddət əvvəl Almaniyanın “Spiegel” jurnalı Avropanın aparıcı futbol klublarının elit liqa yaratmaq istəyi ilə bağlı məqalə dərc edib. İddiaya görə, 11 klub UEFA-nın tərkibindən çıxaraq Çempionlar Liqasına alternativ olacaq Super Liqa adlı yeni turnir təsis etmək niyyətindədirlər. Bu “11-lik” 20 il ərzində yarışda daimi çıxış edəcək, əlavə 5 komanda isə qonaq qismində dəvət ediləcək.

 

 

 

 

 

 

 

 

 

“Report” 

XƏBƏR LENTİ