"Sabah"ın hücumçusu məşqçi lisenziyası aldı

Sayta qoyulub: 14:22 19.11.2018 (85 dəfə oxunub)

"Sabah"ın hücumçusu məşqçi lisenziyası aldı

“Sabah”ın hücumçusu Marko Deviç UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasını alıb. Klubun rəsmi Feysbuk səhifəsinin yaydığı xəbərə görə, o, noyabrın 11-dən 16-dək Ukrayna Futbol Federasiyasının Lisenziyalaşdırma Mərkəzində keçirilən təlimin son sessiyasında iştirak edib və imtahanlardan uğurla keçib. Qeyd edək ki, 35 yaşlı serbiyalı hücumçu mövsümün əvvəlindən "Sabah"da çıxış edir.

XƏBƏR LENTİ