AFFA "Keşlə"nin stadionunun ot örtüyünü dəyişir

Sayta qoyulub: 09:52 19.11.2018 (81 dəfə oxunub)

 

AFFA "Keşlə"nin stadionunun ot örtüyünü dəyişir

 

Qış fasiləsindən sonra "Keşlə"nin ev oyunlarını keçirdiyi "ASK Arena"da ot örtüyü dəyişdiriləcək.

Futbolçuların zədə mənbəyi olan meydançaya təbii örtüyün vurulub-vurulmayacağı bəlli deyil. Lakin AFFA qışda futbolçuların qorxulu yuxusu olan ot örtüyünü yeniləməyə qərar verib.

Qeyd edək ki, bu mövsüm Premyer Liqa təmsilçilərindən "Zirə" və "Sumqayıt"ın ev oyunlarını keçirdiyi stadionlarda təbii ot örtükləri süniləri əvəz edib.

XƏBƏR LENTİ