Kosovolu futbolçu: "Azərbaycanın da necə oynayacağına baxmalıyıq"

Sayta qoyulub: 12:56 15.11.2018 (102 dəfə oxunub)

UEFA Millətlər Liqasının qrup mərhələsində səfərdə Malta, evdə isə Azərbaycan yığması ilə qarşılaşacaq Kosovo futbolçuları paytaxt Priştinadakı “Fadil Vokkri” stadionunda sonuncu məşqinə çıxıb.

Hazırlıq prosesindən sonra komandanın 3 futbolçusu fikirlərini bölüşüb. Norveçin “Start” klubunun formasını geyinən Herolind Şala hər bir matça ciddi yanaşdıqlarını, asan rəqibin olmadığını söyləyib: “Lakin biz də yaxşı hazırlaşmışıq. Komandada ab-hava yaxşıdır, vəziyyətin ciddiliyini anlayırıq. Ona görə də Maltaya qələbə üçün gedirik”.

İsveçrənin “Sürix” komandasından gələn Hekuran Kryueziu Azərbaycanın da evdə Farer adaları ilə matçdan hansı nəticə ilə ayrılacağını diqqətdə saxlayacaqlarını vurğulayıb: “Asan rəqib yoxdur, amma biz Maltaya 3 xal qazanmaq üçün yollanırıq. Azərbaycanın da necə oynayacağına baxmalıyıq. Amma bu, bizi narahat etməməlidir. Çünki məqsədimiz 3 xaldır. Qrupun favoriti bizik və irəliləməyə davam edirik”.

Xorvatiyanın “Lokomotiva” komandasında çıxış edən Amir Rrahmani də Maltaya qələbə üçün yollanacaqlarını bildirib: “Əlbəttə, matçın sadə olmayacağı gözləniləndir. Çünki Malta imici üçün oynayır. Ona görə də oyuna çox ciddi yanaşırıq. Orada vacib 3 xal qazana bilərik”.

Bu gün Maltaya yollanacaq Kosovo millisi “cırtdan” ölkədə daha 2 məşq keçəcək.

Qeyd edək ki, D Liqasında 8 xalla 3-cü qrupun lideri olan Kosovo noyabrın 17-də Maltanın qonağı olacaq və bundan 3 gün sonra Azərbaycanı qəbul edəcək. Şənbə günü Bakı Olimpiya Stadionunda Farer adaları ilə qarşılaşacaq Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 6 xalla 2-ci sıradadır. Farer adalarının 4, Maltanın isə 2 xalı var.

 

 

 

 

“Report” 

XƏBƏR LENTİ