UEFA VAR sistemini sınaqdan keçirəcəyi oyuna türkiyəli hakimləri təyin edib

Sayta qoyulub: 08:26 15.11.2018 (100 dəfə oxunub)

Türkiyəli hakimCüneyt Çakır UEFA-dan növbəti təyinat alıb.

 42 yaşlı FIFA referisi İtaliya və ABŞ yığma komandaları arasında keçiriləcək yoldaşlıq oyununu idarə edəcək.

Ona yan xətt hakimləri - Bahattin Duran vəTarık Ongun kömək edəcək. Dördüncü hakim funksiyasını isə Alper Ulusoy yerinə yetirəcək.

Qeyd edək ki, UEFA İtaliya - ABŞ matçında videotəkrar sistemini (VAR) sınaqdan keçirəcək. Qarşılaşmanın VAR hakimləri Halis Özkahya və Barış Şimşek olacaq.

 

 

 

 

 

 

 

 

"Report" 

XƏBƏR LENTİ