“Liverpul”un oyunçusu ilə bağlı araşdırma başlanılıb

Sayta qoyulub: 08:25 15.11.2018 (131 dəfə oxunub)

İngiltərə Futbol Assosiasiyası “Liverpul” klubunun hücumçusuDaniel Starricə qarşı araşdırmaya başlayıb.

Buna səbəb oyunçunun ötən ilin yanvar ayında “Vest Bromviç” klubuna keçməsi ilə bağlı başqa bir şəxsin vasitəsilə 5 min funt mərc qoymaq istəməsidir.

Lakin bukmeker əmsalın 66/1 olduğunu əsas gətirərək 30 funtdan artıq məbləği qəbul etməyəcəyini deyib. Tezliklə əmsal 5/2-dək azalıb, Starric də “Vest Bromviç”ə keçib.

Assosiasiya ittihama cavab hazırlamaq üçün 20 noyabr tarixinədək oyunçuya möhlət verib. 

 

 

 

 

 

 

 

 

 

 

report

XƏBƏR LENTİ