Ronaldo 15 dəqiqəyə şəraba 31 min avro xərclədi

Sayta qoyulub: 08:12 15.11.2018 (143 dəfə oxunub)

"Yuventus”un hücumçusu Kriştiano Ronaldo növbəti dəfə bədxərcliyi ilə diqqət mərkəzinə düşüb.


Portuqaliyalı futbolçu xanımı Corcina və oğlu ilə birlikdə Londona səfər edib. 


Yerli otellərdən birində məskunlaşan ailənin bir gecə üçün ödədiyi məbləğ 10 min avrodan çox olub. Restoranda isə Ronaldo, cəmi 15 dəqiqə ərzində şərab üçün 31 min avrodan çox xərc çəkib. Onlar əvvəlcə qiyməti 20 min avro dəyərində olan dünyanın ən bahalı şərabını sifariş ediblər. Daha sonra isə 10 min avroluq başqa bir şərabın dadına baxıblar.


Qeyd edək ki, Ronaldo və ailəsi Londonda məşhur tenisçi Novak Cokoviçin oyununu da izləyib.

 

 

Ronaldo 15 dəqiqəyə şəraba 31 min avro xərclədi

 

 

 

qol.az

XƏBƏR LENTİ