"Bu, nə AFFA-nın, nə də PFL-in günahıdır - Ramin Musayev

Sayta qoyulub: 20:58 14.11.2018 (120 dəfə oxunub)

"Bu, nə AFFA-nın, nə də PFL-in günahıdır - Ramin Musayev

“Azərbaycan Kubokunun qarşıdan gələn mövsümündə bütün iştirakçılara uğurlar arzu edirəm. Güclü olan qalib gəlsin.  Azərbaycan Kubokunun yeni sahibi olacaq komanda ölkəmizi avrokuboklarda layiqincə təmsil etsin və ən azından “Neftçi”, “Qarabağ” və “Qəbələ”nin  uğurlarını təkrarlasın". Bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan kubokunun püşkatmasından əvvəl jurnalistlərə açıqlamasında deyib. Bu mövsümdən kubokda tətbiq olunacaq yenilik haqda danışan PFL rəhbəri yarışda iştirakçı sayının az olmasına da mübasibət bildirib: "Kubokun yeni mövsümü  ilə bağlı yenilik ondan ibarətdir ki, 4-cü əvəzetməyə icazə veriləcək.  Belə ki, məşqçilər oyun  əlavə vaxta gedəcəyi təqdirdə 4-cü əvəzetmədən istifadə edə biləcəklər. Düzdür, kubokda komandaların sayı azdır. Amma bu nə AFFA-nın, nə də PFL-in günahıdır. Ümumi vəziyyət belədir”. R.Musayev Topaz Premyer Liqasındakı vəziyyətə də qısaca toxunub: “Onu qeyd etmək istəyirəm ki, bizim çempionat maraqlı mübarizə şəraitində keçir. Bəli, komandalar bir-biriylə tez-tez görüşür. Ancaq matçlar gərgin mübarizə şəraitində keçir".  

XƏBƏR LENTİ