Ayxan Abbasov "Sumqayıt"da!

Sayta qoyulub: 13:12 14.11.2018 (126 dəfə oxunub)

Ayxan Abbasov "Sumqayıt"da!

 

Nazim Süleymanovla yollarını ayıran “Sumqayıt”ın yeni baş məşqçisi məlum olub. "Gənclik şəhəri” təmsilçisinin yeni baş məşqçisi Ayxan Abbasov təyin edilib. Onunla 1,5 illik müqavilə imzalanıb. Qeyd edək ki, 37 yaşlı mütəxəssis futbolçu karyerası dövründə "Xəzri Buzovna", "Şəfa Bakı", MOİK, "Turan Tovuz" və "Qarabağ" kimi klubların şərəfini qoruyub. Məşqçilik karyerasına 2015-ci ildə "Zirə"nin əvəzedicilərində başlayan mütəxəssis 2016-cı ilin yanvarından əsas komandanın sükanı arxasına keçib. Onun rəhbərliyi atında adıçəkilən klub 2016/17 mövsümünü 4-cü pillədə tamamlayıb və Avropa Liqasına vəsiqə qazanıb (6 qələbə, 6 heç-heçə, 2 məğlubiyyət). Ayxan Abbasov 2017/2018 mövsümündə də "Zirə" ilə mövsümü 4-cü pillədə tamamlayıb (12 qələbə, 8 heç-heçə, 8 məğlubiyyət).

XƏBƏR LENTİ