Ranyeri yenidən İPL-də

Sayta qoyulub: 12:41 14.11.2018 (139 dəfə oxunub)

Fulhemin yeni baş məşqçisi Klaudio Ranyeri olub.

 

İtalyan mütəxəssislə uzunmüddətli müqavilə imzalanıb.

 

Serbiyalı mütəxəssis Yokanoviçin rəhbərliyi altında Fulhem 12 oyunda cəmi 5 xal toplayaraq turnir cədvəlinin son pilləsində qərarlaşmışdı.

 

Xatırladaq ki, 2016-cı ildə Ranyerinin rəhbərliyi altında Lester İPL çempionu olmuşdu. Onun son iş yeri isə Nant idi.

XƏBƏR LENTİ