Bu gün ölkə kubokunun püşkü atılacaq

Sayta qoyulub: 09:59 14.11.2018 (74 dəfə oxunub)

 

Bu gün Azərbaycan kubokunda 2018/2019-cu il mövsümünün püşkatma mərasimi keçiriləcək. Turnirdə 12 komanda mübarizə aparacaq. Bunlar Premyer Liqanın 8 klubu ilə yanaşı, I Divizion təmsilçiləri "Kəpəz”, "Qaradağ Lökbatan”, "Şüvəlan” və "Ağsu”dur. Komandalardan 4-ü mübarizəyə birbaşa 1/4 finaldan, qalanları isə 1/8 finaldan başlayacaq. Ölkə kuboku dekabrın 6-da start götürəcək. Qeyd edək ki, AFFA-nın inzibati binasında keçiriləcək tədbir saat 13:00-da başlanacaq.

XƏBƏR LENTİ