Terimə növbəti cəza

Sayta qoyulub: 07:34 14.11.2018 (105 dəfə oxunub)

Terimə növbəti cəza

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Qalatasaray"ın baş məşqçisi Fatih Terimə daha 3 oyunluq cəza verib və 14 min türk lirəsi məbləğində cərimələyib. Buna onun Çempionlar Liqasının qrup mərhələsində "Şalke" ilə oyundan sonra keçirilən mətbuat konfransıda federasiya və hakimlərin əleyhinə səsləndirdiyi fikirlər səbəb olub. Qeyd edək ki, F.Terim bundan əvvəl "Fənərbaxça" ilə matçda hakimləri təhqir etdiyi və oyundan sonra açıqlamalarında etik qaydaları pozduğu üçün 7 oyunluq cəzalandırılmış və 65 min lirə cərimələnmişdi. O, cəzasının bir oyununu ölkə çempionatında "Kayserispor"la görüşdə çəkib.

XƏBƏR LENTİ