AFFA rəsmisi Avropa Liqasının oyununa təyinat alıb

Sayta qoyulub: 09:35 13.11.2018 (71 dəfə oxunub)

 

AFFA rəsmisi Avropa Liqasının oyununa təyinat alıb
AFFA rəsmisi Avropa Liqasının oyununa təyinat alıb

AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Ştuxlik beynəlxalq oyuna təyinat alıb. AFFA-nın rəsmi saytı xəbər verir ki, avstriyalı funksioner Avropa Liqasının qrup mərhələsində Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda “Zenit” və Danimarkanın “Kopenhagen” komandaları arasındakı matçın hakim-inspektoru olacaq. Qeyd edək ki, görüş noyabrın 29-da keçiriləcək.

XƏBƏR LENTİ