U-19-un oyununa hakimlər açıqlandı

Sayta qoyulub: 09:03 13.11.2018 (62 dəfə oxunub)

19 yaşadək futbolçulardan ibarət yığmamızın Avropa çempionatının seçmə mərhələsində İsraillə keçiriləcək oyununa hakim təyinatlar açıqlanıb. UEFA-nın saytının yaydığı xəbərə görə, sabahkı matçı Belçika və Gürcüstandan olan hakimlər idarə edəcək. Oyunun baş hakimi belçikalı Erik Lambrext olacaq. Ona həmyerlisi Karel De Roker və gürcüstanlı Giorgi Elikaşvili kömək edəcək. Matçın dördüncü hakimi funksiyasını gürcüstanlı Aleko Aptsiauri yerinə yetirəcək. Qeyd edək ki, Tiflisdə keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq

XƏBƏR LENTİ