Nazim Süleymanov: "Buna necə dözmək olar"

Sayta qoyulub: 12:56 12.11.2018 (106 dəfə oxunub)

 

Nazim Süleymanov: "Buna necə dözmək olar"

"Əgər ilk hissədə komanda qol buraxmırsa, hesab bərabərdirsə və fasilədən sonra 4 qol buraxıb, bir qırmızı vərəqə alırsa, buna necə dözmək olar? Belə şeylərə insan biganə qala bilərmi? Səhhətimlə bağlı rəhbərlik və Müşahidə Şurası ilə danışdım. Komandanın xeyri üçün belə bir qərar verdim. Yeni baş məşqçinin gəlişi daha yaxşı olar".

Bu sözləri "Sumqayıt"dan ayrılan Nazim Süleymanov deyib. 53 yaşlı mütəxəssis istefası barədə danışıb:

 "11 oyuna 5 qırmızı vərəqə nədənsə xəbər verir. Səhhətimlə bağlı fikirləşdim və komandanın uğuru üçün yeni baş məşqçinin gəlişinin yaxşı variant olduğunu düşündüm. Komanda 3-cü yerdə gedəndə hamı uğurlu çıxışdan danışırdı. Futboldur, enişlər də olur. Bu qədər səhvlər buraxmaq olmaz. Dünənki oyundan sonra fikirləşdim və bu gün qərarımı verdim".

XƏBƏR LENTİ