"Səbail"də iki itki

Sayta qoyulub: 17:49 09.11.2018 (72 dəfə oxunub)

"Səbail"də iki itki
 

Topaz Premyer Liqasında ikinci mövsümü keçirən “Səbail” hazırda ortabab klublardan hesab olunur. Turnir cədvəlinin üst sıralarında qərarlaşan paytaxt təmsilçisinin hazırda əsas ciddi problemi zədədir. Belə ki, komandada zədəli oyunçuların sayı çoxdur. Ötən tur “Zirə”yə qarşı oyunda xəsarət alan İqor Korotetskinin zədəsi ciddidir. Diz bağları qopan futbolçu yaxın vaxtlarda əməliyyat olunacaq.  Hücumçu Ağabala Ramaanovun da geridönüşü yubana bilər. Ağabala hələ oynamaq üçün tam hazır deyil. Digər zədəli Eltun Yaqublu isə hazırda bərpa prosesi keçir. Onun oynamağa hazır olacağı vaxt isə dəqiq bilinmir. 

XƏBƏR LENTİ