Kosovo millimizlə oyun üçün heyəti açıqladı

Sayta qoyulub: 16:31 09.11.2018 (149 dəfə oxunub)

Kosovo millimizlə oyun üçün heyəti açıqladı

Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibi Kosovo heyətini açıqlayıb. Bu ay Malta və Azərbaycana qarşı keçiriləcək qarşılaşmalara 24 futbolçu çağırılıb. Baş məşqçi Bernard Şalland yerli klublardan yalnız Visar Bekaya dəvət göndərib. Digər 23 oyunçu isə xarici çempionatlarda legioner həyatı yaşayanlardı.

Noyabrın 17-də səfərdə Malta ilə qarşılaşacaq Kosovo üç gün sonra öz meydanında Azərbaycanla üz-üzə gələcək.

 

Qapıçılar: Samir Uykani ("Rizespor", Türkiyə), Ariyenet Muriç ("Mançester Siti", İngiltərə), Visar Bekay ("Priştina");

 

Müdafiəçilər: Armi Rahmani ("Dinamo" Zaqreb, Xorvatiya), Fidan Aliti ("Skenderbeu", Albaniya), Mergim Voyvoda ("Muskron", Belçika), Ardin Dalku ("Vorskla", Ukrayna), Leart Pakyarada ("Sandxauzen", Almaniya), Bencamin Kololli, Mirlind Kryeziun (hər ikisi "Sürix", İsveçrə), Arbenit Xhemayli ("Ksamaks", İsveçrə);

 

Yarımmüdafiəçilər: Bersant Tselina ("Suonsi", İngiltərə), Valon Berişa ("Latsio", İtaliya), Hekuran Kryeziu ("Sürix", İsveçrə), Herolind Şala ("Start", Norveç), İdriz Voka ("Lütsern", İsveçrə), Besar Halimi ("Bröndbü", Danimarka), Arber Zeneli ("Herenven", Hollandiya), Milot Raşitsa ("Verder", Almaniya), Edon Yegrova ("Genk", Belçika), Donis Avdiyay ("Villem", Hollandiya);

 

Hücumçular: Vedat Muriqi ("Rizespor", Türkiyə), Atdhe Nuhiu ("Şeffild Uenzdey", İngiltərə), Lirim Kastrati ("Lokomotiva", Xorvatiya)  

XƏBƏR LENTİ