“Qarabağ”ın təyyarəsi Ukraynadan qayıtmaqda problemlə üzləşdi

Sayta qoyulub: 08:45 09.11.2018 (111 dəfə oxunub)

“Qarabağ”ın təyyarəsi Ukraynadan qayıtmaqda problemlə üzləşdi

Azərbaycan çempionu “Qarabağ”ın Ukraynadan Bakıya dönməsində problem yaranıb. Əlverişsiz hava şəraiti ucbatından komandanı Bakıya gətirməli olan təyyarə geriyə qayıda bilməyib. Təyyarə bu gün yerli vaxtla saat 12:00-da Poltava hava limanından uça biləcək. Əvvəl təyyarənin Bakı vaxtı ilə saat 03:30-da havaya qalxacağı planlaşdırılmışdı. AZAL şirkətinə məxsus təyyarə saat 07:00-da Heydər Əliyev adına hava limanına eniş etməli idi. Qeyd edək ki, “Qarabağ” “Vorskla” üzərində 1:0 qələbə qazanaraq ilk xalını qazanıb və ilk qolunu vurub. Bu matç şaxtalı hava şəraitində keçib.

XƏBƏR LENTİ