"Vorskla"-"Qarabağ" oyununda fanatların "atışma"sı (Qalereya)

Sayta qoyulub: 08:43 09.11.2018 (105 dəfə oxunub)

Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ" Poltavada "Vorskla"nın qonağıdır. Qarşılaşmanın ikinci hissənin 50-ci dəqiqəsində xoşagəlməz hadisələr baş verib. Əvvəlcə meydan sahibi komandanın azarkeşləri pirotexniki vasitələrdən istifadə edib və hətta meydançaya da atıblar. Bundan sonra qarşlaşmanın Sandro Şörer 2-3 dəqiqəlik qarşılaşmanı dayandırıb. Fanatların sakitləşməsindən sonra matç yenidən bərpa olunub. 64-cü dəqiqədə "Qarabağ"ın azarkeşləri rəqibə cavab verib. "Atışma"dan sonra hakim oyunu dayandırıb və eyni hal ikinci dəfə təkrarlandığı üçün futbolçular meydandan çıxarılıb. 7-8 dəqiqəlik fasilədən sonra isveçrəli referi futbolçuları meydana çıxarıb.

 

"Vorskla"-"Qarabağ" oyununda fanatların "atışma"sı (Qalereya)

"Vorskla"-"Qarabağ" oyununda fanatların "atışma"sı (Qalereya)"Vorskla"-"Qarabağ" oyununda fanatların "atışma"sı (Qalereya)

"Vorskla"-"Qarabağ" oyununda fanatların "atışma"sı (Qalereya)

"Vorskla"-"Qarabağ" oyununda fanatların "atışma"sı (Qalereya)

XƏBƏR LENTİ