"Qəbələ" "Herta"ya uduzdu

Sayta qoyulub: 19:41 07.11.2018 (87 dəfə oxunub)

"Qəbələ" "Herta"ya uduzdu

UEFA Gənclər Liqasında növbəti oyunlar keçirilir. Çempionlar yolunun II mərhələsində çıxış edən Azərbaycan təmsilçisi “Qəbələ” ilk qarşılaşmaya çıxıb. Azərbaycan çempionu Almaniya “Herta”sı ilə üz-üzə gəlib. Rəqib Almaniya çempionu olsa da, “qırmızı-qaralar” öz meydanındakı matçın ilk 45 dəqiqəsində bərabər mübarizə apara bilib.

 

Qəbələ şəhər stadionunda keçirilən matçın taleyi ikinci yarıda həll olunub. Üstünlüyü ələ alan Almaniya təmsilçisi meydanı 3:1 hesablı qələbə ilə tərk edib.

 

Qeyd edək ki, komandalar arasında cavab oyunu noyabrın 28-də Belində baş tutacaq. Turu adlayacaq komanda pley-off mərhələsinə yüksələcək.

 

UEFA Gənclər Liqası 

Çempionlar yolu 

2-ci mərhələ, ilk oyun 

7 noyabr 

 

17:00. "Qəbələ" - "Herta" (Almaniya) - 1:3

Qol: Əli Sadıxov, 88 // Muhammed Kiprit, 65, Cesik Nqankam, 71, Rouen Vertmüller, 85

Hakimlər: Daniyar Saxi, Rustam Matyakubov, Maral Abdikerov (hamısı Qazaxıstan), İnqilab Məmmədov (Azərbaycan)

Qəbələ şəhər stadionu.

 

“Qəbələ”: 12. Əmrah Zülfüqarlı, 2. Rüstəm Nuruyev, 3. İzzət Müştaqov, 4. Vüsal Məsimov, 6. Faiq Hacıyev, 7. Əli Sadıxov (k), 8. Abbas Ağazadə, 11. Samir Qurbanov, 15. İdris İnqilablı, 16. Veysəl Rzayev, 17. Rauf Məhərrəmov

 

Ehtiyat oyunçular: 1. Elməddin Sultanov, 5. Arsen Ağcabəyov, 9. Əli Mürsəlov, 10. Təbriz İsazadə, 13. Nicat Əliyev, 14. Xəyal Muradov, 18. Nicat Oruclu

 

Baş məşqçi: Emin İmaməliyev

 

“Herta”: 1. Luis Klatte, 9. Cesik Nqankam (k), 10. Miralem Ramiç, 17. Justin Veber, 18. Maksimilian Qurşke, 19. Yulian Albrext, 24. Matias Kastrati, 31. Soni Ziemer, 33. Florian Baak, 35. Florian Krebs, 36. Muhammed Kiprit

 

Ehtiyat oyunçular: 12. Florian Palmovski, 6. Tarik Gözüşirin, 8. Yonas Mixelbrink, 14. Rouen Vertmüller, 16. Pol Kryuqer, 21. Elias Tamim

 

Baş məşqçi: Mihael Hartmann

XƏBƏR LENTİ