Qurban Qurbanov: "Bura yaxşı oyun və nəticə üçün gəlmişik"

Sayta qoyulub: 19:38 07.11.2018 (86 dəfə oxunub)

Qurban Qurbanov: "Bura yaxşı oyun və nəticə üçün gəlmişik"

"Sabah bizi çətin və vacib oyun gözləyir. Dördüncü oyunda yaxşı nəticəni yaxşı oyunla əldə etmək istərdik. Bu, çətin olacaq. "Vorskla" öz meydanında aqressiv çıxış edir. Ötən müddətdə futbolçuları matça hazırlamışıq. Sabah onların yaxşı mübarizə aparacaqlarını və diqqətli olacaqlarını gözləyirik. Ola bilər ki, matçın gedişində dəyişikliklər olsun. Buna hazır olmalıyıq". Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Poltavada Ukrayna "Vorskla"sı ilə keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin IV tur matçından əvvəl mətbuat konfransında deyib. Daha sonra 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

XƏBƏR LENTİ