Hamşik "Napoli"nin tarixinə düşdü

Sayta qoyulub: 14:45 07.11.2018 (112 dəfə oxunub)

Çempionlar Liqasının 4-cü turunda PSJ ilə keçirilən oyun  “Napoli”nin futbolçusu Marek Hamşik üçün əlamətdar olub.


1:1 hesabı ilə başa çatan oyun slovakiyalı yarımmüdafiəçinin “Napoli” forması ilə 512-ci matçı olub.


Bu isə klub üçün yeni rekord hesab edilir. Hamşik buna qədər “Napoli” forması ilə 511 oyuna çıxan Cüzeppe Bruskolottini qabaqlayıb.


Qeyd edək ki, 31 yaşlı futbolçu 2007-ci ildən Neapol təmsilçisində çıxış edir

 

Hamşik "Napoli"nin tarixinə düşdü

 

 

 

 

qol.az

XƏBƏR LENTİ