"Liverpul" klubu antirekorda imza atıb

Sayta qoyulub: 14:44 07.11.2018 (145 dəfə oxunub)

İngiltərənin “Liverpul” klubu antirekorda imza atıb.

 “Mersisaydlılar” tarixlərində ilk dəfə olaraq UEFA Çempionlar Liqasında 3 ardıcıl səfər görüşündən məğlubiyyətlə ayrılıb.

Çempionlar Liqasının IV turunda Serbiyanın"Srvena Zvezda” komandasına 2:0 hesabı ilə məğlub olan “Liverpul” üçün bu nəticə səfərdə əldə edilən ardıcıl 3-cü məğlubiyyət olub. Bu uğursuz seriya klub tarixinin ən pis göstəricisidir.

Qeyd edək ki, İngiltərə təmsilçisi bundan əvvəl Çempionlar Liqasının II turunda “Napoli”yə 1:0, keçən mövsüm yarımfinalda “Roma” komandasına isə 4:2 hesabı ilə məğlub olub.

 

 

 

 

report

XƏBƏR LENTİ